Poroşenko: “Ukrayna İsraillə eyni statusa malik olmaq istəyir”
Bizi izləyin

Dünya

Poroşenko: “Ukrayna İsraillə eyni statusa malik olmaq istəyir”

“Ukrayna “NATO-dan kənar ABŞ-ın əsas müttəfiqi” statusunu almaq istəyir”.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko CNN telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Ukraynadakı vəziyyəti yoluna qoymaq üçün bütün metodlardan istifadə etmək lazımdır: “Əgər burda Qərbin sanksiyaları kömək edəcəksə, onda bunu davam etmək lazımdır. Əgər onlar işləməyəcəksə, ABŞ Konqresinə bizə NATO-dan kənar əsas müttəfiq statusu verməsi üçün müraciət etmək mümkündür”.

Qeyd edək ki, 1982-ci il Böyük Britaniya ilə Argentina arasında baş verən “Folklend müharibəsi” zamanı Argentina belə bir statusa malik idi. İndi isə İsrail, Yaponiya və Cənubi Koreya bu statusu daşıyır.

Lakin “əsas müttəfiq” statusu ABŞ-ın müttəfiqinə hərbi kömək göstərməyi tamamilə qətiləşdirmir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm