Dünya
Təyyarədə ölən qızın atası Putinə məktub yazdı
Malayziyanın Boinq-777 təyyarəsində həlak olan 17 yaşlı holland qız Elsemik de Borstun atası Hans de Borst Rusiya prezidenti Vladimir Putin və Ukraynadakı separatçı liderlərə məktub yazıb.
Axar.az xəbər verir ki, həlak olan qızın atası məktubu qızının
şəkli ilə birlikdə özünün Feysbuk səhifəsində yerləşdirib:
“Onun 17 yaşı var idi. Arxitektor olmaq istəyirdi. Adıçəkilən
centlmenlər, ümid edirəm ki, siz gənc ömrü kəsdiyiniz üçün fəxr
edirsiz və sabah aynaya baxa biləcəksiniz.
Ümid edirəm ki, ingilis dilində olan bu məktubum sizə gəlib çatacaq
və intellektual insanlar kimi onu oxuya biləcəksiniz. Bir daha sizə
təşəkkür edirəm. Ən xoş arzularla həyatı məhv olan Elsemikin atası
Hans de Borst”.
Məktub sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçilərindən biri məktubla bağlı maraqlı şərh
yazıb:
“Əgər separatçılar Putinin Forszotenedə (Haaqa yaxınlığındakı
şəhər) yaşayan qızını öldürsəydilər, o, buna sevə-sevə
baxardı”.
Qeyd edək ki, iyulun 17-də Ukraynanın Donetsk vilayətində Malayziya
hava yollarına məxsus olan Boinq-777 sərnişin təyyarəsi vurulmuşdu.
Nəticədə 80 nəfəri uşaq olmaqla 298 nəfər həlak olmuşdu.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO