Dünya
Rusiyalı və ukraynalı turistlərin arasında da “müharibə gedir”
Deyəsən, Rusiya ilə Ukrayna arasındakı gərginlik artıq bu iki ölkənin vətəndaşlarının münasibətlərinə də təsir etməyə başlayıb.
Bir neçə gün əvvəl Türkiyədəki istirahət mərkəzlərinin birində rusiyalı və ukraynalı turistlər əlbəyaxa davaya çıxıblar. İstirahət məkanında əyləncə vaxtı ukraynalılar Rusiyanın ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Sankt-Peterburqdan olan turistlər əvvəlcə buna fikir verməsələr də, sonradan ukraynalıların daha da coşduğunu görüb onların üzərinə hücuma keçiblər. Ukraynalılarla bərabər, ərazidə istirahət edən alman turistlər də “rus qapazı” yeyib. Fransızlar isə ruslara dəstək verib. Həmçinin qafqazlılardan dəstək alan rusiyalılar kiçik qələbə qazanıblar. Onlar hətta otelin üstünə Rusiya bayrağı sancıblar. Yalnız çoxsaylı türk polisi işə qarışdıqdan sonra kütləvi davanın qarşısı alınıb.
Analoji insident Misirin turizm zonalarında da qeydə alınıb. Bu haqda “Facebook”da rusiyalı turist Olqa Yefiminko yazıb. O bildirib ki, ukraynalılar rusiyalı turistləri “Krım bizim, Misir sizin“ ifadələri ilə, ruslar da öz növbəsində onları sinələrinə vurduqları Georgiyev lentiı ilə qıcıqlandırırlar.
Hətta Misir otellərinin birində belə mübahisədən sonra bir ukraynalının hovuzda rusiyalı turisti boğmaq istədiyi haqda da məlumatlar yayılıb.
İlqar
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK