Pandemiyanın zəlzələlərə inanılmaz təsiri - İlk dəfə burada aşkarlandı
Bizi izləyin

Dünya

Pandemiyanın zəlzələlərə inanılmaz təsiri - İlk dəfə burada aşkarlandı

Koronavirus pandemiyası dövründə Yer kürəsində mühit seysmik gurultusu azalıb.

Publika.az xəbər verir ki, bununla da planetimizin daha az titrəşdiyi bildirilib.

CNN-in məlumatına görə, seysmoloqlar pandemiya zamanı gündəlik avtomobil, qatar, avtobus və insanların səbəb olduğu titrəşimlərin daha az meydana gəldiyini təsbit edib.

Bu duruma ilk dəfə Belçikada Krallıq Müşahidə Məntəqəsinin geoloq və seysmoloqu Tomas Leçoçq diqqət çəkib. O, ölkəsində məktəb və iş yerlərinin bağlandığı, sosial məsafə qaydalarının tətbiq edildiyi mart ayından bəri paytaxt Brüsseldə mühitin seysmik gurultusunun 30-50% azaldığını qeyd edib.

Bu azalma ilə kiçik zəlzələ və stansiyaların qeydə almadığı seysmik olayların müşahidə edildiyi ifadə olunub.

Pandemiyanın bənzər təsirləri başqa şəhərlərdə də müşahidə edilib. Londonda seysmik gurultunun azaldığını göstərən qrafik elm adamı Paula Koelemeycer tərəfindən paylaşılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm