Daha bir ölkədə koronavirus aşkarlandı
Bizi izləyin

Dünya

Daha bir ölkədə koronavirus aşkarlandı

Dünyanın daha bir ölkəsində koronavirusa ilk yoluxma qeydə alınıb.

Bublika.az xəbər verir ki, bu, Koreya Xalq Demokratik Respublikasıdır (KXDR).

Ölkənin xəbər agentliyi KXDR-də koronavirusa ilk yoluxma barədə bildirib. Qeyd edilir ki, təhlükəli virusun aşkarlandığı şəxs Şimali Koreyaya iyulun 19-da qanunsuz yolla gəlib.

Koreya Xalq Demokratik Respublikasının Epidemiya ilə mübarizə üzrə Təşkilatı bildirib ki, KXDR-ə qayıtmış şəxsin koronavirus analizlərinin nəticələri qeyri-müəyyəndir. Onunla bağlı sərt karantin qaydaları tətbiq edilib. Hazırda hakimiyyət orqanları virusa yoluxduğu şübhə edilən bu şəxsin əlaqədə olduğu adamları müəyyənləşdirir.

Yoluxma hadisəsi ilə bağlı Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosu fövqəladə iclası çağırılıb. Virusa yoluxmanın aşkarlandığı Keson şəhərində vəziyyətin müzakirəsi üçün keçirilən iclasda Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In da iştirak edib.

Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə ötən il Çinin Uhan şəhərində aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm