İstefasını başqana demək istəyəndə ağzını bağladılar - CHP-də şok
Bizi izləyin

Dünya

İstefasını başqana demək istəyəndə ağzını bağladılar - CHP-də şok

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Məclisdəki qrup toplantısında çıxışından sonra kürsüdən enən zaman Samsun Asarcıq keçmiş bələdiyyə sədri Bülənt Baskın ona istefa qərarını açıqlamaq istəyib.

Publika.az xəbər verir ki, bu gözlənilməz istefa xəbəri qarışıqlıq yaradıb.

CHP-li millət vəkilləri B. Baskından sakit dayanmasını tələb edəndə mühafizəçi müdaxilə edib və gərginlik yaşanıb. Qışqırmağa başlayan Baskının ağzını bəzi millət vəkilləri əlləri ilə bağlamağa çalışıb.

Baskının 14 yaşındakı oğlu isə yaşanan gərginliyi kənardan izləyib. Baskın mühafizəçilər tərəfindən saxlanılıb.

Bu arada onun son bələdiyyə seçkilərində CHP-dən namizəd olduğu deyilir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm