Dünya
Qəzzada 5 məscid dağıdıldı
Ramazan ayında 600-dən çox müsəlmanının
qanının axıdıldığı Yaxın şərqdə İsrailin Qəzza zolağında hərbi
əməliyyatları davam edir. İsrail Fələstinin atəşkəs elan olunması
barədə xahişini açıq şəkildə rədd edib. Qəzza zolağına endirilən
aviazərbələrin nəticələri daha ağır olub.
ANS TV-nin məlumatına görə, bu gün İsrail
ordusunun açdığı internsiv atəş nəticəsində Qəzzada beş məscid,
idman komlpleksi və “Həmas” liderlərindən birinin yaşadığı ev
dağıdılıb. Gecə boyunca İsrail aviasiyası 70 obyektə zərbələr
endirib. Ümumilikdə, Qəzza zolağında həlak olanların sayı 600
nəfərə çatıb. İsrail tərəfdən isə 29 nəfər əsgərin həlak olduğu
bildirilir.
Yaxın şərqdə vəziyyəti bərpa etmək məqsədilə ABŞ
baş katibi Con Kerrinin Misirə səfəri davam edib. Misirin xarici
işlər naziri ilə görüşən Kerri, İsrailin atdığı addımları özünü
müdafiə kimi qiymətləndirdiyini desə də nəticələrdən çox narahat
olduğunu vurğulayıb.
Con Kerri, indiki şəraitdə günahsız insanların
taleyinin ancaq “Həmas”dan asılı olduğunu deməklə, baş verənlərdə
dolayı yolla "Həmas"ı günahlandırdı.
Bu arada, “Həmas” qruplaşması İsrail tərəfdən 5
saatlıq atəşkəs elan olunmasını istəsə də İsrail rəsmiləri,
atəşkəsin hələ ki, gündəmdə olmadığını deməklə, bundan imtina
ediblər.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ