Rusiyanın müdafiə nazirinə qarşı cinayət işi qaldırıldı
Bizi izləyin

Dünya

Rusiyanın müdafiə nazirinə qarşı cinayət işi qaldırıldı

Ukrayna Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsi Rusiyanın müdafiə naziri Sergey Şoyquya və rusiyalı biznesmen Konstantin Malofeyeva qarşı cinayət işi qaldırıb.

Bu barədə XİN-in rəsmi saytında məlumat yayıb. Məlumatda deyilir ki, qurumun apardığı yoxlamalar nəticəsində bəlli olub ki, 2014-cü il martın 1-dən indiyədək Şoyqunun rəhbərlik elədiyi Rusiya Müdafiə Nazirliyinin xidməti şəxslərin dəstəyi ilə qanunsuz silahlı dəstələr yaradılıb və bu dəstələr hazırda Şərqi Ukrayna ərazisində - Donetsk və Luqansk vilayətlərində fəaliyyət göstərir.

“Həmin qanunsuz qruplara isə Rusiya vətəndaşlığı olanlar komandanlıq edirlər. Bu dəstələrin dövlət hakimiyyəti orqanlarına, Ukraynanın Silahlı Qüvvələrinə və Milli Qvardiyanın bölmələrinə, idarə və müəssisələrə quldur basqınları nəticəsində çoxsaylı insan tələfatları, dağıntılar, başqa ağır fəsadlar var”, - deyə açıqlamada qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm