Dünya
Putin təcili iclas çağırdı
Rusiya prezidenti Vladimir Putin
Malayziyaya məxsus təyyarənin vurulması ilə əlaqədar təhqiqat
işlərinin ətraflı şəkildə aparılması üçün rəsmi Moskvanın əlindən
gələni edəcəyini açıqlayıb. Putin çıxışı zamanı Ukraynada
münaqişənin şiddətlənməsinə səbəb olan Qərb qüvvələrinə və rəsmi
Kiyevə xəbərdarlıq edib.
ANS-in Moskva bürosunun məlumatına görə,
Ukraynanın Donetsk vilayətində 298 insanın ölümünə səbəb olan
sərnişin təyyarəsinin raketlə vurularaq düşürülmüş olması yenə də
Rusiyanı dünya ictimaiyyətinin qınaq hədəfinə çevirib. Bu isə
dövlət başçısı Vladimir Putini yeni bəyanatlar vermək
məcburiyyətində qoyub.
Bu gün Dövlət Təhlükəsizlik Şurasını toplayan
Putin Qərbə Rusiyanın bundan sonra da öz mənfəətlərini qoruyacağı
mesajını verib. NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına ölçülü
cavab verəcəklərini vurğulayan Putin Qərbi Rusiya ilə sanksiya dili
ilə deyil, dialoq yoluyla danışmağa dəvət etdi. Ukraynadakı
vəziyyətin bütün dünyadakı stabilliyi pozduğunu vurğulayan Putin
Qərbi bir daha Kiyev hökumətinə silahı buraxması üçün təzyiq
göstərməyə çağırıb. Siyasi ekspertlər isə Putinin son
bəyanatlarının Ukraynadakı hadisələrin gedişatının Rusiyanın
istəmədiyi səkildə cərəyan etməsindən qaynaqlandığı barədə
həmfikirdirlər. Putinin bəyanatı onu göstərir ki, Ukraynadakı
hadisələr fonunda müttəfiqsiz galan Rusiya Qərblə birbaşa
münaqişəyə girmək istəməsə də, öz mənfəətlərindən əl
çəkməyəcək.
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu