Rusiya bu ölkələrə COVID-19 dərmanı göndərir
Bizi izləyin

Dünya

Rusiya bu ölkələrə COVID-19 dərmanı göndərir

Rusiyanın Birbaşa İnvestisiya Fondu (RDIF) və HimRar şirkətlər qrupunun ortaq şirkəti "Kromis" COVİD-19 müalicəsi üçün hazırlanmış "Avifavir" dərmanını 7 Latın Amerikası ölkəsinə və Cənubi Afrikaya göndərməyə razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə Sputnik yayıb. Məlumata görə, Argentina, Boliviya, Honduras, Paraqvay, El-Salvador, Uruqvay və Ekvadora satılması üçün əldə edilən razılığa əsasən, 150 min “Avifavir” paketi göndəriləcək.

Bundan başqa dərmanların hazırlanması üçün Boliviyadakı tərəfdaş şirkətin lazımi texnologiya ilə təmin ediləcəyi bildirib. Bu isə dərmanın gözləmə müddətinin, logistika xərclərinin və xəstələrin müalicəsində sərf olunan vaxtın azalmasına səbəb olacağı vurğulanır.

Qeyd edək ki, “Avifavir" dərmanı, dünyada koronavirusa qarşı hazırlanmış və klinik testlərdə effektivliyini sübut etmiş dərman vasitələrindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm