Londonda Qəzza ilə bağlı aksiya
Bizi izləyin

Dünya

Londonda Qəzza ilə bağlı aksiya

İsrailin Qəzzada apardığı əməliyyat Avropada da etirazlara səbəb olub. Britaniya parlamentinin diqqətini fələstinlilərin vəziyyətinə cəlb etmək üçün Londonda mindən çox adam bir araya gəlib.

ANS TV-nin London bürosunun məlumatına görə, Qəzzada baş verən hadisələrə etiraz olaraq Londonda aksiya keçirildi. Fələstinə həmrəylik təşkilatının üzvləri “Downing street”dən başlamış İsrail səfirliyinə qədər yürüş etdilər.

Etirazçıların əsas məqsədi parlamentin diqqətini Qəzzada ölən insanlara yönəltmək idi. Onlar “Fələstinə azadlıq” şüarları səsləndirirdilər.

Fələstin həmrəylik təşkilatının sədri İmran Kaşifinin sözlərinə görə, niyə bizim liderlərimiz, yəni Britaniya hökuməti Fələstinə müraciət etmir?

“Niyə Fələstində yüzlərlə insan əziyyət çəkir və Britaniya bununla bağlı heç nə etmir? Biz ədalət tələb edirik. Ona görə biz buradayıq. Biz Fələstində ölən minlərlə günahsız insan üçün ədalət istəyirik", - deyə İmran Kaşifi bildirib.

Qeyd edək ki, polis təhlükəsizliklə bağlı aksiyanın keçirildiyi yerlərdə bütün yolları bağlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm