BMT bu şəkil qarşısında susdu - Foto
Bizi izləyin

Dünya

BMT bu şəkil qarşısında susdu - Foto

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında "Yaxın Şərqdəki inkişaflar və Fələstin problemi" məsələsi müzakirə edilib.

Axar.az xəbər verir ki, Suriya və İraqdakı yaşanan olayların da müzakirə edildiyi yığıncaqda günün ən əhəmiyyətli mövzusu İsrailin Qəzzaya hücumları olub.

İsrailin hücumu nəticəsində həyatını itirən uşaqların şəkillərini yığıncaqda göstərən və öldürülən uşaqların ad və yaşlarını bildirən Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur "Bu uşaqlar işğalçı güc tərəfindən vəhşicəsinə öldürüldü. Bu uşaqların anaları, ataları və ümidləri vardı. Öldürülən uşaqlar say deyil, insan, bir adları var. Biz say deyilik, insanıq", - deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm