Putindən əmr: "NATO hücumuna hazır olun"
Bizi izləyin

Dünya

Putindən əmr: "NATO hücumuna hazır olun"

Rusiya Prezidenti Vladimir Putin NATO-nun ölkəsinin sərhədlərində güclənməsinə tamaşa etməyəcəklərini deyib.

Axar.az xəbər verir ki, paytaxt Moskvada təşkil edilən Təhlükəsizlik Şurası konfransında danışan Putin NATO-nun Şərqi Avropa ölkələri, Qara dəniz və Baltik dənizi ətrafında gücləndiyini bildirib. Putin NATO-nun hərbi infrastrukturunun sərhədlərinə yaxınlaşmasına eyni şəkildə qarşılıq verəcəklərini qeyd edib.

NATO-nun raketdən müdafiə sisteminə də toxunan Putin, "Bizə bunun bir müdafiə etmə sistemi olduğunu bildirirlər. Qətiyyən elə deyil, bu, ABŞ-ın hücum qüvvələrinin bir parçasıdır", - deyə bildirib.

NATO-nun hərbi hazırlığına diqqət çəkən Putin Krım və Sevastopol daxil olmaqla, müdafiənin gücləndirilməsi ilə əlaqədar planlaşdırılan bütün iş və hazırlıqların zamanında yetişdirilməsi barədə əmr verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm