Bələdiyyədə işləyən 30 nəfər təcrid edildi - Koronavirus şübhəsi
Bizi izləyin

Dünya

Bələdiyyədə işləyən 30 nəfər təcrid edildi - Koronavirus şübhəsi

Türkiyədə Kemalpaşa bələdiyyəsində çalışan işçilərdən birinin koronavirusa yoluxması səbəbindən bütün heyət karantinə alınıb.

Publika.az xəbər verir ki, bələdiyyə sdri Rıdvan Karakayalı İHA-ya bildirib ki, əməkdaşlardan birinin testi pozitiv çıxıb. Bundan sonra həmin əməkdaşın ünsiyyətdə olduğu bütün işçi heyətin təcrid edilməsinə qərar verilib: "Biz 30 işçimiz ehtiyat tədbiri olaraq özünütəcrid rejiminə keçmələrini və evlərindən kənara çıxmamalarını bildirdik. Onların səhhəti nəzarətdə saxlanılacaq. Çalışırıq bu yolla yoluxma sayını nəzarətdə saxlaya bilək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm