Rusiyaya qarşı növbəti sanksiyalar
Bizi izləyin

Dünya

Rusiyaya qarşı növbəti sanksiyalar

Avropa Komissiyası iyulun 24-də Rusiya barəsində müdafiə sektoru və maliyyə bazarlarına çıxış sahəsi üzrə görüləcək tədbirlərə dair təklifləri hazırlayaraq təqdim edəcək.

Publika.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə AB diplomatiyasının rəhbəri Ketrin Eşton bildirib. “Biz Avropa Komissiyası və xarici siyasət xidmətindən Rusiya barəsində müdafiə sektoru, maliyyə bazarlarına çıxış, ikili təyinatlı mallar, həssas texnologiyalar, həmçinin energetika sahələri üzrə görüləcək tədbirlərə dair təkliflərin hazırlanmasını xahiş etmişik. Bu təkliflər artıq iyulun 24-də təqdim olunacaq”, deyə Eşton bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm