Niderland ordusu Ukraynaya girmək istəyir
Bizi izləyin

Dünya

Niderland ordusu Ukraynaya girmək istəyir

Hollandiya ordusu Ukraynanın dövlət ordusu ilə birgə təyyarənin qəza nöqtəsini ələ keçirməyə hazırdır.

Axar.az-ın verdiyi məlumata görə, bu barədə hərbçilər tərəfindən Niderlandın müdafiə naziri C.A.Xennis-Plassxaerə göndərilən məktubda deyilir.

Məktubda baş nazir Rüttedən onların Ukraynaya göndərilməsi üçün qərar verilməsinə təsir etmək xahişi edilib.

Hərbçilərin göndərdiyi məktubda bildirilir ki, separatçı qüvvələrin həmyerlilərinin cəsədləri ilə təhqiramiz şəkildə davranılması xoşlarına gəlmir.

Məktubun sonunda bildirilir ki, “biz Holland qüvvələri vəziyyətin çətinliyini başa düşürük. Lakin istəyimizin yerinə yetirilməsi üçün sizin əmrinizi gözləyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm