Türkiyədən Livana jest: Müvəqqəti olaraq Mersin və İskəndər...
Bizi izləyin

Dünya

Türkiyədən Livana jest: Müvəqqəti olaraq Mersin və İskəndər...

Türkiyənin vitse-prezidenti Fuat Oktay və Xarici işlər naziri Mövlud Çavuşoğlunun təmsil olunduqları rəsmi heyət Livanın paytaxtı Beyrut şəhərinə səfər ediblər. Rəsmi görüşlərdən sonra Türkiyə heyəti avqustun 4-də dəhşətli partlayışın baş verdiyi ərazidə olublar.

Publika.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, fəlakət bölgəsində fəaliyyət göstərən Türkiyə xilasedici və tibb heyətlərinin işi ilə tanışlıq olub, ərazidə yaşayan türklərlə görüş keçirilib.

Livan xalqına hərtərəfli yardım ediləcəyini diqqətə çatdıran vitse-prezident Fuat Oktay bildirib ki, Beyrut limanı bərpa olunan qədər Livan tərəfi Türkiyənin Mersin və İskəndərun dəniz limanlarından istifadə edə bilər. Bu təklif regionda maraqları olan dövlətlər arasında Türkiyənin ortaya qoyduğu ən real kömək kimi dəyərləndirilib.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl Ay Cəmiyyətinin heyətləri fəlakət bölgəsinə yardım aparıb. Türkiyə fəlakət bölgəsində səhra xəstəxanası qurub. Bundan başqa, bölgədə xilasedici dəstə, təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm