Krımda ukraynalı patriarxın evinə od vurdular
Bizi izləyin

Dünya

Krımda ukraynalı patriarxın evinə od vurdular

Krımda Ukrayna Pravoslav Kilsəsinin arxiyepiskopu, patriarx Klementin bağ evi yandırılıb.

Publika.az Newsru.com saytına istinadən xəbər verir ki, hadisə Simferopolun Mramornoye kəndində baş verib.

Arxiyepiskop özü hadisəni ona qarşı xəbərdarlıq və hədə-qorxu kimi şərh edib: “İyulun 21-də axşam mənə zəng edib dedilər ki, evin yanıb. Yalnız divarlar və dam salamat qalıb”.

Patriarx Klement əlavə edib ki, yanmış evinin yaxınlığında məbəd yerləşir. Son vaxtlar naməlum şəxslər məbədin qiymətli əşyalarını ələ keçirmək istəyirlər. O bildirib ki, elə yanğını da həmin şəxslərin xəbərdarlığı kimi dəyərləndirir.

Hüquq-mühafizə orqanları hələlik faktla bağlı məlumatları dəqiqləşdirirlər. Çünki zərərçəkəndən rəsmi şikayət ərizəsi daxil olmayıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm