Dünya
Pan Gi Mun Həmasa müraciət etdi
İsrailin paytaxtı Təl-Əvivdə baş nazir Benyamin Netanyahu ilə BMT-nin baş katibi Pan gi Munun birgə keçirdiyi mətbuat konfrasında Qəzza böhranı müzakirə olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pan Gi Mun Həmas hökumətindən tələb edib ki, məktəblər, xəstəxanalar və digər binalardan hərbi məqsədlə istifadə etməsin.
Pan Gi Mun hər iki tərəfə müraciət edərək onları müharibəni
dayandırıb danışıqlara başlamağa çağırıb. O həmçinin qeyd edib ki,
hər hansısa ölkənin ərazisinə raket atılmağı qəbuledilmzədir.
Netanyahu isə bildirib ki, beynəlxalq ictiamiyyətin atəşkəs
səylərinin boşa çıxmağının günahkarı Həmasdır: “Həmas Əl-Qaidə
kimidir və layiq olduğu münasibəti görməlidir”.
Qeyd edək ki, Qəzzada iyulun 8-dən bu günədək davam edənhərbi
əməliyyatlarda ölən fələstinlilərin sayı 600-ə çatıb. Yaralıların
sayı isə 3640-dır.
İsrail tərəfdən isə bu günədək 29 nəfər həlak olub ki, onlardan
27-i əsgərdir.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ