Rövşən Lənkəranskinin düşməni, “Türk” ləqəbli qanuni oğru azadlıqda – VİDEO
Bizi izləyin

Dünya

Rövşən Lənkəranskinin düşməni, “Türk” ləqəbli qanuni oğru azadlıqda – VİDEO

Dünən 33 yaşlı qanuni oğru Andrey Tarkunov Rusiyanın Barnaul şəhərində yerləşən ümumi rejimli islah-əmək düşərgəsindən buraxılıb.

Publika.az xəbər verir ki, azadlığa çıxan Tarkunov kriminal aləmdə “Türk” ləqəbi ilə məşhurlaşıb.

O, sonuncu dəfə ötən ilin yayında həbs olunmuşdu. Moskvanın Solntsevo rayonunda əməliyyatçılar tərəfindən saxlanılan Türkün üzərində axtarış zamanı 3 qram heroin tapılmışdı.

Məhkəmə onu bir il müddətinə azadlıqdan məhrum etmişdi.

Həbs olunmazdan bir ay əvvəl Tarkunov, Gizo Kardava və Jora Taşkentski kimi qanuni oğrular tərəfindən taclandırılmışdı.

Qeyd edək ki, həm Türk, həm Kardava, həm də Jora Taşkentski mərhum qanuni oğru Aslan Usoyanın (Ded Xasan) klanına daxildirlər və Rövşən Lənkəranski, Tariel Oniani və Merab Suxumskinin qruplaşmasına rəqib sayılırlar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm