Maraq dünyası
Telefonunuz zəlzələ barədə sizi XƏBƏRDAR EDƏCƏK - “Google” yeni şəbəkə qurur
“Google” şirkəti Android smartfonların köməyilə zəlzələlərin müəyyən edilməsi üçün ən geniş şəbəkə yaratmaq niyyətində olduğunu bildirib. Bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.
Publika.az TASS-a istinadla xəbər verir ki, məlumatda deyilir: “Yaşadığınız yerdən asılı olmayaraq sizin Android zəlzələ haqqında xəbərdarlıq sisteminin bir hissəsi ola bilər. Bu, o deməkdir ki, sizin telefon mini seysmometr ola bilər və dünyada ən böyük zəlzələ xəbərdarlığı sisteminin yaradılması məqsədilə digər Android telefonlara qoşula bilər”.
“Google” şirkətinin məlumatına görə, hər smartfon kiçik akselerometrlə təchiz edilib. O, yaxınlıqdakı zəlzələni təsdiqləyən siqnalları qeyd edəcək. Zəlzələnin həqiqətən müəyyən bir yerdə olub-olmadığını müəyyənləşdirmək məqsədilə, siqnallar müxtəlif smartfonlardan məlumat toplayan və emal edən xüsusi serverə göndəriləcək.
Birinci mərhələdə yaxınlıqdakı yerdə zəlzələ haqqında məlumatı “Google” axtarış sisteminə sorğu verməklə öyrənmək olar. Lakin şirkət gələcəkdə ABŞ və digər ölkələrin sakinlərinə zəlzələ barədə bildiriş göndərməyi planlaşdırır.
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident