Trampdan gözlənilməz AÇIQLAMA: Ərdoğan dünya miqyaslı...
Bizi izləyin

Dünya

Trampdan gözlənilməz AÇIQLAMA: Ərdoğan dünya miqyaslı...

ABŞ prezidentliyinə namizəd Co Baydenin məlum çıxışından sonra bu gün ölkə başçısı Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına qürurverici sözlər səsləndirib.

Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, "Fox News" telekanalının efirində çıxış edən ABŞ lideri türkiyəli həmkarını dünya miqyaslı şahmatçı adlandırıb.

Tramp prezident seçkilərindəki rəqibi Co Baydeni sərt tənqid edib. O deyib ki, Bayden bəzi çox ağıllı dünya liderlərinə çata bilməz:

“Bəzi ölkələrdə dünya miqyasında şahmatçı olan liderlər var. Məsələn, Türkiyə Prezidenti Ərdoğan. Bu kontekstdə sizin hətta harada olduğunu bilməyən, zirzəmidən çıxmağı və danışmağı bacarmayan prezidentiniz (Bayden-red.) ola bilməz”.

Ağ Ev rəhbəri qeyd edib ki, o, Prezident Ərdoğanla “çox yaxşı yola gedir” və bir çox digər liderlər “Türkiyə Prezidentinin onun sözünə baxdığını” düşünərək ondan Ərdoğana zəng etməsini xahiş edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm