Bu ölkədə çevrilişə cəhd edildi - Nazirlər və yüksək rütbəli hərbiçilər tutuldu
Bizi izləyin

Dünya

Bu ölkədə çevrilişə cəhd edildi - Nazirlər və yüksək rütbəli hərbiçilər tutuldu

Bir müddətdir siyasi böhranla mübarizə aparan Malinin paytaxtı Bamako yaxınlığındakı bir qarnizondan silah səslərinin eşidildiyi və bəzi nazirlərin, yüksək rütbəli hərbiçilərin nəzarətə alındığı iddia edilir.

Publika.az xəbər verir ki, ölkə mediasında bu barədə məlumatlar yer alıb. Şahidlərin sözlərinə görə, Bamakodan 15 kilometr məsafədə yerləşən Kati qarnizonunda səhər saatlarından bəri xüsusi aktivlik yaşanır.

Bundan başqa nazirlərin əsgərlər tərəfindən tutulduğuna dair da iddialar var.

Qeyd edək ki, ölkə müxalifəti may ayından bəri prezident İbrahim Boubacar Keitaya qarşı aksiyalar təşkil edir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm