BMT-dən Mali ilə bağlı BƏYANAT: Dərhal azad edilməlidir
Bizi izləyin

Dünya

BMT-dən Mali ilə bağlı BƏYANAT: Dərhal azad edilməlidir

BMT-nin baş katibi Antonio Quterreş Malidəki hərbi qüvvələri ölkə prezidenti İbrahim B ubakar Keytanıni dərhal azad etməyə çağırdı.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə baş katibin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, Quterreş Malidəki hərbi üsyançıların hərəkətlərindən son dərəcə narahatdır.

"Baş katib bu cür hərəkətləri qəti şəkildə pisləyir və Malidə konstitusiya quruluşunun dərhal bərpasına çağırır. Bunun üçün o, prezident Keytanın və hökumət üzvlərinin heç bir şərt olmadan dərhal azad edilməsini tələb edir", - bəyanatda bildirilir.

A.Quterreş həmçinin hərbçiləri də "təmkin göstərməyə və insan hüquqlarına hörmət etməyə" çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm