Dünya
Ərdoğan rəqibinə "nankor" dedi
Türkiyə baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib
Ərdoğan əsas rəqibi Ekmeleddin İhsanoğluna nankor
deyib.
ANS PRESS-in məlumatına görə, təbliğat mitinqində çıxış edən baş
nazir müxalifəti kəskin tənqid edib: "CHP, MHP, bir də bu
koalisiyada səsləri 1 faizə çatmayan status-kvo partiyalar var:
Sosialist İşçi Partiyası, İnqilabçı Haqq Partiyası var. Vətəninə
xəyanət edən Pensilvaniya təşkilatı. MHP-yə könül verən qardaşlarım
bu Sosialist İşçi Partiyası və İnqilabçı Xalq Partiyası ilə Baxçəli
koalisiya qurdu. İnanıram ki, MHP-li qardaşlarım bu koalisiyaya
bəli deməyəcək. Bu öz tarixini inkar etmək olar. CHP-yə dəstək
verən qardaşlarım da bu koalisiyaya dəstək verməyəcək".
Daha sonra Dövlət Baxçəlinin onun barəsində dediklərinə cavab verən
baş nazir bunları bildirib:
"MHP başqanı mənim üçün "sən Çankaya yokuşunu çıxa bilməz. Yolun
yarısında yorulursan, nəfəsin tükənər, prezidentlik sənin üçün
xəyaldır, yuxudur". İndi mən Baxçəlidən soruşuram: haralardasan.
Harada olduğunu bilən, eşidən varmı? Onsuz da meydana çıxsa belə
Sivasın kənarına gedə bilməz. Prezident seçkisində dizləri
titrəməyə, nəfəsi tükəndi və meydandan getdi. Niyə bilirsinizmi?
Millətin qarşısına çıxacaq üzü yox.
Əsas rəqibi Ekmeleddin İhsanoğlunu yalan damışmaqda ittiham edən
Ərdoğan onu aşağılayıb:
"Ekmel biz sənin nə olduğunu çox yaxşı bilirik. 8 il vəzifədə
qaldın. Amma 8 illik vəzifəsində sanki bir kukla idin. Və heç bir
zaman ürəkli bir çıxışı olmamışdır, ola bilməz. Qəzza, Fələstin,
Həmas, Əl Fəth bizi yaxşı bilir. Bizim onlarla olan məhəbbətimizi
bilməyə Ekmel bəyin nə gücü, nə də düşüncə dünyası yetər. Qəzzaya
getdim deyir. Sən İslam Əməkdaşlıq Təşkilatının baş katibi idin.
Ora getmək sənin vəzifə borcundur. Mən də xarici işlər nazirimizi
və oğlumu Qəzzaya göndərdim. Hər zaman Qəzzanın yanında olduq.
Türkiyə İsrailə reaktiv yanacaq verir dedilər. Tamamilə yalan,
tamamilə böhtan. Bu yalanı İsrailin Qəzzadakı qırğınını pərdələmək
üçün etdilər. Biz reaktiv yanacaq ixrac etmirik. Bunu hər ksə
bilir. Bir də İsrailin Türkiyənin radarlarına ehtiyyacı yoxdur.
İsraildə daha müasir radarlar istifadə olunur. Biz ona bir əmanət
verdik, o da əmanətə xəyanət etdi. İndi çıxıb nankorluq edirsən.
Türkiyə Qəzza üçün bir şey etmədi deyirsən.Qəzzada, Fələstində ən
çox sərmayə qoyan ölkə Türkiyədir. Türkiyə Qəzzada yox deyir. TİKA
hazırda oradadır. Və təlimat verdim yaralıları daşımağa
başlayacağıq".
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO