Koronavirusdan ölənlərin sayı 780 minə çatdı
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı 780 minə çatdı

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 277 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Avqustun 21-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 277 617 nəfər koronavirusa yoluxub, 6 659 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 22 536 278 ölənlərin isə 789 197 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm