Fasebook 2 milyarda şirkət aldı
Bizi izləyin

Dünya

Fasebook 2 milyarda şirkət aldı

Feysbuk şirkəti “Oculus VR” virtual reallıq eynəyi istehsalçısını 2 milyard dollara satın almaq üzrə saziş bağlayıb.

"İstnevs.az"ın verdiyi məlumata görə, Feysbuk və "Oculus VR" şirkəti bununla bağlı yaydığı bəyanatda "bizi əyləncəli birgə gələcək gözləyir" deyə bildiriblər:

"Biz yeni nəsil texnologiya platforması yaradaraq insanların kommunikasiya üsullarını dəyişdirəcəyik".

“Oculus VR” sərbəst şirkət kimi işləməyə davam edəcək.

“Oculus Rift” virtual reallıq eynəyini hazırlayan “Oculus VR” şirkəti 2012-ci ildə təsis edilib. Qurğu yaradıcıları ilk öncə “Kickstarter” saytının köməyi ilə layihəyə maliyyə toplamağa qərar veriblər. Onlar şlemin hazırlanmasına 250 min dollar xahiş ediblər, ancaq nəticədə bu məbləğdən 10 dəfə daha çox toplayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm