Koronavirusa yoluxanların sayı 23 milyonu ötdü
Bizi izləyin

Dünya

Koronavirusa yoluxanların sayı 23 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 244 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Avqustun 23-ü saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 244 223 nəfər koronavirusa yoluxub, 5 772 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 23 057 288, ölənlərin isə 800 906 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm