Nalbandyan şantaja əl atır
Bizi izləyin

Dünya

Nalbandyan şantaja əl atır

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Türkiyə ilə sərhədin bağlı olmasını paradoks adlandırıb.

ANS PRESS-in məlumatına görə, Nalbandyan bu vəziyyətin Avropa Birliyi meyarları ilə təzad təşkil etdiyini iddia edib. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Brüsseldə Avropa Birliyinin və Şərq Əməkdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib.

Nalbandyan son illərdə görülən işlərdən və onların müsbət nəticələrinin olduğundan söz açıb. O, ölkəsinin Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Nazir onu qeyd edib ki, Türkiyənin Ermənistanla sərhədini bağlaması iki ölkə arasındakı münasibətlərə də öz təsirini göstərir. O, həmçinin, Aİ-yə üzv olmaq istəyən bir ölkənin qonşuları ilə sərhədlərini bağlı saxlamasını "paradoksal bir hal" adlandıırb.

Erməni nazir sonda Cənubi Qafqazdakı problemlərin sülh yolu ilə həll edilməsində və regional əməkdaşlığın qurulmasında rolu olacağına inandığı Avropa İttifaqının Cənubi Qafqaz üzrə təyin edilən xüsusi nümayəndəsi Herbert Salberə işində uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm