"Facebook" bu ölkəyə 100 milyon avrodan çox VERGİ ÖDƏYƏCƏK
Bizi izləyin

Dünya

"Facebook" bu ölkəyə 100 milyon avrodan çox VERGİ ÖDƏYƏCƏK

"Facebook" Fransa dövlətinə son on ildə korporativ vergi ilə bağlı əlavə 106 milyon avro ödəyəcək.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

"Vergi öhdəliklərimizi ciddiyə alırıq, fəaliyyət göstərdiyimiz bazarlarda vergi ödəyirik və yerli vergi orqanları ilə sıx işləyirik", - şirkətdən xəbər verilib.

Bildirilir ki, ödəmələr 2009-2018-ci illər üçün əlavə vergilərə aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm