Tatlısəs əməliyyat olunacaq
Bizi izləyin

Dünya

Tatlısəs əməliyyat olunacaq

Tanınmış müğənni İbrahim Tatlısəs başındakı sümük parçasından xilas olmaq üçün əməliyyat olacaq. Əməliyyat ABŞ-da keçiriləcək.


ANS PRESS-in məlumatına görə, silahlı hücuma məruz qaldıqdan sonra başından yaralanan müğənninin zədələnən kəllə sümüyünün parçalarından biri risk daşıdığı üçün çıxarılmamışdı. Bu isə onun sol tərəfini iflic etmişdi. Müğənni ABŞ-da keçirəcəyi əməliyyatla sol qolunun hərəkət qabiliyyətini yenidən qazanmağı hədəfləyir.


Tatlısəs sümüyün çıxarılması üçün Ramazan bayramından sonra ABŞ-a gedəcək.


Qeyd edək ki, İbrahim Tatlısəs 2011-ci il 14 mart tarixində İstanbulun Maslak ərazisində silahlı hücuma məruz qalıb. Başından güllə yarası alan müğənni uzun müddət müalicə kursu keçib. Sənətçi hələ də oxumur və sol tərəfini hərəkət etdirə bilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm