Koronavirusdan ölənlərin sayı 833 mini keçdi
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı 833 mini keçdi

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 287 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Avqustun 29-u saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 287 138 nəfər koronavirusa yoluxub, 5 824 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 24 587 513, ölənlərin isə 833 566 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm