Tarixin ən məşhur tviti məlum oldu
Bizi izləyin

Dünya

Tarixin ən məşhur tviti məlum oldu

Avqustun 28-də 43 yaşında dünyasını dəyişən amerikalı aktyor Çedvik Bouzmanın ölümü ilə bağlı tvitterdəki paylaşım mikrobloqun tarixində ən məşhur tvit olub.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkənin məlumatında deyilir.

“Bütün vaxt ərzində ən çox bəyənilən tvit. Krala layiq hörmət əlaməti”, - sosial şəbəkənin Mətbuat Xidmətindən bildirilib.

Bakı vaxtı ilə saat 17:00-a olan məlumata görə, Bouzmanın ağ-qara fotosu və onun ölüm xəbərinin yer aldığı tvit artıq 6,7 milyondan çox bəyənmə toplayıb.

Qeyd edək ki, Bozuman IV dərəcəli yoğun bağırsaq xərçəngindən dünyasını dəyişib. Aktyor “Qara pantera”, “42”, “Misir Allahları”, “Marşall” və s. filmlərlə məşhurdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm