Daha 8 ölkə ilə hava sərhədləri açıldı - BU ŞƏRTLƏ
Bizi izləyin

Dünya

Daha 8 ölkə ilə hava sərhədləri açıldı - BU ŞƏRTLƏ

Çin 8 ölkə ilə hava sərhədlərini açıb.

Publika.az xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanı Kanada, Avstraliya, Tailand, Kamboca, Pakistan, Yunanıstan, Danimarka və İsveç vətəndaşlarını qəbul etməyə başlayıb.

Çin Mülki Aviasiya İdarəsi uçuşların bu gündən etibarən reallaşdırıldığını bildirib.

Bu ölkələrdə koronavirusa yoluxmanın aşağı risk daşıdığı qeyd olunur.

Yeni qərarlar çərçivəsində hava limanına ilkin mərhələdə 500 sərnişin qəbul ediləcək. Sərnişinlər testdən keçdikdən sonra 2 həftə karantində saxlanacaq.

Qeyd edək ki, Pekin Beynəlxalq Hava Limanı koronavirus pandemiyası səbəbilə 28 martda bütün uçuşları dayandırmışdı.

Çin Xarici İşlər Nazirliyi 10 avqustda 36 Avropa ölkəsindən, 27 avqustda isə 13 Asiya-Okeaniya ölkəsindən viza və yaşayış icazəsi olan şəxslərin ölkəyə girişinə icazə veriləcəyini açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm