Sərkisyan ölümlə qalım arasında: Bakının yerində olmaq istəyərdi
Bizi izləyin

Dünya

Sərkisyan ölümlə qalım arasında: Bakının yerində olmaq istəyərdi

Ermənistan prezidenti Serj Sərkisyan Argentinaya səfəri zamanı Rusiyanı Azərbaycana silah satmaqda ittiham etməsi çətin vəziyyət yaradıb.

Publika.az xəbər verir ki, erməni siyasi şərhçilər bunu Sərkisyan üçün ölümlə qalım arasındakı məsafə kimi dəyərləndirir.

Politoloq Manvel Sərkisyan hesab edir ki, Ermənistan Rusiya ilə müttəfiqlik məsələsini yenidən gözdən keçirə bilər: “Buna Rusiyanın özü səbəb verdi.

Rusiya Ermənistanı tamamilə təcrid edərək özündən asılı vəziyyətə salıb. Rəsmi Yerevan Moskvaya daxili və xarici siyasətin müəyyənləşdirilməsi hüququnu özü verib. Hazırda paradoksal vəziyyət yaranıb ki, bu, Ermənistan üçün əlverişlidir. Lakin nədənsə rəhbərlik hələ gözləyir. Çünki onları şəxsi maraqları düşündürür. Elita xarici əlaqələri də öz maraqları üzərində qurur, Ermənistanın dövlət marağı isə heç birini düşündürmür. Lakin vəziyyət çətinləşib və bu üzdən də Sərkisyan uzaq Latın Amerikasında Moskvaya mesaj verdi”.

Erməni politoloq hesab edir ki, Rusiya ilə münasibətləri yenidən gözdən keçirmək üçün əlverişli məqam yaranıb: “Belə olacaqsa, Ermənistan öz qərarlarını suveren olaraq verəcək. Ardınca Rusiya hərbi bazasının ölkədəki əl-qolu bağlana və Yerevan silah idxalında alternativ mənbələr axtara bilər. Əks təqdirdə, bu, mənasız söz yığınından başqa bir şey deyil”.

Manvel Sərkisyan qeyd edib ki, bu cür addım Putini əsəbiləşdirəcək.

“Amma faktiki olaraq erməni elitası ya dövlətin maraqlarını, ya da özlərini seçməlidir. Başqa cür mümkün deyil. Məhz buna görə ölümlə qalım arasında bir seçim var. Dövlət maraqları seçilsə, Putin bu hakimiyyəti məhv edəcək, amma udan Ermənistan olacaq. Bütün tarix boyu Ermənistan üçün belə əlverişli şərait yaranmayıb. əgər bunu etməsələr, onlar erməni xalqının qarşısında cinayətkar durumuna düşəcəklər”.

Politoloq qeyd edib ki, hazırda Bakının əhəmiyyəti daha üstündür, nəinki Ermənistanın. Sərkisyan məmnuniyyətlə Bakının yerində olmaq istəyərdi, hansı ki, bu mümkünsüz görünür. Lakin siyasi ekspert Ermənistanın öz imkanlarından istifadə etməyini vacib hesab edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm