Amerikalı komandir PKK-ya kömək edə bilməyəcəyi üçün ağladı - - FOTO
Bizi izləyin

Dünya

Amerikalı komandir PKK-ya kömək edə bilməyəcəyi üçün ağladı - - FOTO

İŞİD ilə Mübarizə üzrə Beynəlxalq Koalisiyanın spikeri, polkovnik Mayles Caqqins vəzifəsini sona çatdırdığı üçün göz yaşlarına hakim ola bilməyib.

Publika.az xəbər verir ki, PKK-ya hər şəkildə dəstək göstərən M.Caqqins səlahiyyət müddətinin uzadılmasını istəsə də, onun missiyasına xitam verilib.

Amerikalı komandir bu barədə PKK/YPG terror təşkilatının bir hissəsi olan SDQ-nin (Suriya Demokratik Qüvvələri) sözçüsü Musrafa Bali ilə birlikdə keçirdikləri mətbuat konfransındakı vida nitqində bildirib və ardınca ağlayıb.

Caqqinsə PKK terror təşkilatı mükafat verib.

Musrafa Bali isə SDQ olaraq dəyərli bir həmkarını itirdiklərini, ancaq səmimi və yaxşı bir dost qazandıqlarını söyləyib.

Qeyd edək ki, ABŞ komandiri daha əvvəl də PKK-dan "dostluq lövhəsi" mükafatı alıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm