Erməni əsgərinin qiyməti açıqlandı – Cəmi 10 min
Bizi izləyin

Dünya

Erməni əsgərinin qiyməti açıqlandı – Cəmi 10 min

Erməni əsgərinin həyatı 3,6 milyon dramdır (10.000 ABŞ dollar).

Publika.az xəbər verir ki, bu barədə “1in.am” saytının araşdırmasında deyilir.

Sayt yazır ki, erməni ordusunda cəbhədə həlak olanlarla yanaşı, qeyri-döyüş şəraitində ölənlər də kifayət qədərdir: “Müdafiə Nazirliyi nə qədər təkzib etsə də, orduda “dedoşvina” hələ də yüksək tempdə davam edir.

Zabitlər öz həmkarlarını incidir. Son illər onlarla hərbi qulluqçu qeyri-döyüş şəraitində həlak olub. Qüvvədə olan qanuna əsasən də, həlak olan hərbi qulluqçunun ailəsi dəfn üçün 2,1 milyon dram, kompensasiya olaraq da 3,6 milyon dram (10 min ABŞ dolları) alır. Yəni erməni əsgərinin qiyməti 10 min dollardır”.

Sayt qeyd edir ki, sivil ölkələrdə bir əsgərin həlak olması fövqəladə vəziyyətə səbəb olur: “İstefalar baş verir, cəzalar sərtləşdirilir.

Bu, nəinki ölümlər zamanı, ümumiyyətlə, hərbi qulluqçuya kobud rəftar nəticəsində də baş verir. İsraildə belə hadisələr zamanı hərbi hissələr belə dağıdılır, Almaniyada bir zabitin əsgəri döyməsi müdafiə nazirinin istefası ilə nəticələndi. Amma Ermənistanda vəziyyət tamam başqadır. Ermənistan öz əsgərinə qiymət vermir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm