Polisi bıçaqla qətlə yetirən üç terrorçu ÖLDÜRÜLDÜ
Bizi izləyin

Dünya

Polisi bıçaqla qətlə yetirən üç terrorçu ÖLDÜRÜLDÜ

Tunis paytaxtının yaxınlığındakı Souss kurort şəhərində terrorçular Milli Qvardiyanın əsgərlərinə bıçaqla hücum ediblər.

Publika.az TAP agentliyinə istinadla xəbər verir ki, bir polis zabitini qətlə yetirən və Milli Qvardiyanın bir əsgərini də yaralayan terrorçulara qarşı əməliyyat həyata keçirilir.

Milli Qvardiyanın sözçüsü jurnalistlərə bildirib ki, Əl-Kantaouj və Cəbali kurort məkanlarına qaçmağa çalışan üç terrorçu öldürxülüb. Onların avtomobilindən qətlə yetirilən və yaralanan polislərin silahları tapılıb.

Qeyd edək ki, 2015-ci ildə Souss kurort şəhərində Tunis tarixinin ən dəhşətli terror aktı törədilib. Həmin vaxt terrorçuların çimərliklərdə istirahət edən əcnəbilərə atəş açması nəticəsində 38 turist həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm