Koronavirusdan ölənlərin sayı 900 minə çatdı - ÜST
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı 900 minə çatdı - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 250 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Sentyabrın 11-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 250 003 nəfər koronavirusa yoluxub, 4 880 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 27 783 179, ölənlərin isə 899 916 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm