Fələstin xalqı ayağa qalxdı
Bizi izləyin

Dünya

Fələstin xalqı ayağa qalxdı

Fələsitinlilər İsrailin 17 gündür davam edən Qəzza əməliyyatına qarşı küçələrə çıxıb. ANS PRESS-in məlumatına görə, Türkiyə KİV yaşanan qiyamı “3-cü intifada” və ya “İsrail baharı” adlandırır.

Məscid-i Əqsa, Ramallah, İordan çayının qərb sahili və Ramallah ilə Qüds arasındakı Kalandiya bölgəsindən on minlərlə insan Qəzzaya doğru yürüşə keçib. İzdiham qarşısında polis qaçmağa üz tutsada, yürüşə mane olmaq istəyən İsrail əsgərlərinin atəş açması nəticəsində iki fələstinli həyatını itirib.

Ramallahda Kalandiya bölgəsində 20 mindən çox Fələstinli Qəzzaya dəstək olmaq və İsrailə qarşı müqavimət göstərmək üçün küçələrə tökülüb. Məscid-i Aqsa da isə təravih namazından sonra minlərlə fələstinli nümayiş keçirib. Qüdsə doğru gedən qrupla İsrail əsgərləri arasında şiddətli qarşıdurmalar baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm