İngiltərədən Fələstinə dəstək
Bizi izləyin

Dünya

İngiltərədən Fələstinə dəstək

"Əməliyyat davam etdikcə və Qəzzada vətəndaş itkiləri artdıqca Qərb ölkələrindəki ictimaiyyətin narahatlıqları artır və İsrailə getdikcə daha az simpatiya ilə baxılmasına səbəb olur". ANS PRESS-in xəbərinə görə, bu sözləri İsrail səfəri zamanı "Sky News" televiziyasına müsahibəsində İngiltərənin xarici işlər naziri Filip Hammond deyib.

Hammond, "İsrail rəsmilərini qanuni bir şəkildə özlərini müdafiə hüquqlarını yerinə yetirərkən itkiləri minimuma edirməyə səsləyirəm" - deyib.

Qeyd edək ki, İsrailin Qəzzadakı hücumları dünya ölkələri tərəfindən tənqid edildiyi bir vaxtda qərb ölkələri İsrailə açıq şəkildə dəstək verir. Onlar Tel Əvivin qanuni müdafiə haqqını istifadə etdiyini bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm