Əsgərləri əvəz edəcək PUA-lar yaradılır
Bizi izləyin

Dünya

Əsgərləri əvəz edəcək PUA-lar yaradılır

Koreya Respublikası hərbi Pilotsuz Uçuş Aparatlarının (PUA) hazırlanmasına qarşıdakı 10 il ərzində 2,3 milyard dollar sərmayə yatıracaq.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, kəşfiyyatdan döyüşə qədər müxtəlif tapşırıqları yerinə yetirmək üçün bir neçə növ PUA yaradılması planlaşdırılır.

Xüsusilə, döyüşdə adi əsgərləri əvəz edəcək kiçik dronlara avtomat və qumbaraatanlar quraşdırmaqla təcrübələr aparırlar.

Müvafiq texnologiyaların 2022-ci ilə qədər yaradılması planlaşdırılır və növbəti dörd il ərzində birbaşa silah platformasının yaradılması üzərində iş görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm