• USD 1,7000 0,00% EUR 2,0137 -0,02%
    • GBP 2,2324 +1,15% RUB 0,0220 0,00%

“Tesla” 3 il sonra pilotsuz avtomobillər istehsal edəcək

  • Dünya
  • 23 Sentyabr 2020 08:34
“Tesla” 3 il sonra pilotsuz avtomobillər istehsal edəcək

"Tesla" və "SpaceX" şirkətlərinin banisi İlon Mask üç il sonra şirkətin 25 min ABŞ dolları məbləğində pilotsuz avtomobillər istehsal edəcəyini söz verib.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

"Əmink ki, üç il sonra həqiqətən də 25 min ABŞ dollarına tamamilə pilotsuz olacaq cazibədar avtomobili yarada biləcəyik", - Mask Kaliforniyada səhmdarlarla görüşdə deyib.

Yeni avtomobil "Tesla"nın hazırda istehsal etdiyi "Model 3"dən 12 min ABŞ dolları ucuz olacaq. "Model 3"ün qiyməti 37 990 ABŞ dollarıdır.

ABŞ-ın "Tesla Motors" şirkətinin əsası 2003-cü ildə elektrik avtomobillərin və texnologiyaların istehsalçısı kimi qoyulub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR