Sutka ərzində 4 520 nəfər virusdan öldü - ÜST
Bizi izləyin

Dünya

Sutka ərzində 4 520 nəfər virusdan öldü - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 246 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Sentyabrın 22-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 246 165 nəfər koronavirusa yoluxub, 4 520 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 31 425 029, ölənlərin isə 967 164 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm