Virusdan ölənlərin sayı 980 mini ötdü
Bizi izləyin

Dünya

Virusdan ölənlərin sayı 980 mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 303 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Sentyabrın 25-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 303 005 nəfər koronavirusa yoluxub, 6 316 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 32 110 656, ölənlərin isə 980 031 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm