Ruslar yaralı ukraynalı hərbçiləri ölkələrinə təhvil verdilər
Bizi izləyin

Dünya

Ruslar yaralı ukraynalı hərbçiləri ölkələrinə təhvil verdilər

Rusiya Federasiyasında müalicə alan 5 ukraynalı hərbçi ölkələrinə təhvil verilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yaralılar Ukrayna tərəfinə Rostov aeroportunda təhvil verilərək “AN-26” təyyarəsi ilə yola salınıb.

Yaralılardan 4-nün vəziyyəi ağır olsa da, stabildir. Bir hərbçi isə yüngül yaralıdır.

Xəbər verilir ki, son vaxtlar Rostov hospitalında döyüşlərdə yaralanmış 26 ukraynalı hərbçi müalicə alıb. Onlardan ikisi vəfat edib. 18-i müalicə olunaraq Ukraynaya təhvil verilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm