Əfqanıstanda partlayış: 15 ölü, 50-dən çox yaralı
Bizi izləyin

Dünya

Əfqanıstanda partlayış: 15 ölü, 50-dən çox yaralı

Əfqanıstanın Nanqahar əyalətində bombanın partlaması nəticəsində azı 15 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilir ki, minalanmış avtomobil Qanihil dairəsi qubernatorunun iqamətgahının yaxınlığında partlayıb.

Sonra silahlı şəxslər binaya daxil olub atəş açıblar. Təhlükəsizlik qüvvələri onları məhv edə bilib.

İnsident nəticəsində azı 15 nəfər həlak olub, onların böyük hissəsi mülki şəxslərdir, 50-dən çox insan yaralanıb.

Məsuliyyəti heç bir terror təşkilatı öz üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm