Bu gün koronavirusdan 4 mindən çox adam öldü - ÜST
Bizi izləyin

Dünya

Bu gün koronavirusdan 4 mindən çox adam öldü - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 271 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Oktyabrın 7-si 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 271 421 nəfər koronavirusa yoluxub, 4 427 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 36 659 007, ölənlərin isə 1 044 269 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm