Koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI
Bizi izləyin

Dünya

Koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 350 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Oktyabrın 9-u 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 350 776 nəfər koronavirusa yoluxub, 6 339 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 36 361 054, ölənlərin isə 1 056 186 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm