Əfqanıstanda terror aktı: Ölənlər və yaralananlar var
Bizi izləyin

Dünya

Əfqanıstanda terror aktı: Ölənlər və yaralananlar var

Əfqanıstanın şimalındakı Sari-Pul əyalətində terror aktı törədilib.

Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, hadisə zamanı 10 hərbi qulluqçu və 3 dinc sakin həlak olub. Sari-Pul əyalətinin polisi bildirib ki, Suzma Kale rayonunda terrorçular partlayıcı qurğunu hərbi avtomobil karvanının keçdiyi yola quraşdırıblar. Partlayış nəticəsində həmçinin daha 3 hərbi qulluqçu yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Hakimiyyət orqanları terror aktının arxasında “Taliban” hərəkatının dayandığını güman edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm